Sərhədləri Aşın Yeni Üfüqləri Kəşf Edin!
Xaricdə təhsil almaq istəyirsiniz? Biz sizə universitet və kolleclərdə ən yaxşı seçimləri təqdim edir, sizi fərqləndirəcək strategiyanı təqdim edirik!

Oxford Brookes University-də International Foundation: Bakalavriata hazırlıq
Oxford Brookes University-də International Foundation proqramları beynəlxalq tələbələrə Böyük Britaniyada bakalavr təhsilinə hazırlaşmaq imkanı yaradır.
Foundation mərhələsi tələbələrə seçdikləri istiqamət üzrə biliklərini və akademik bacarıqlarını inkişaf etdirməyə kömək edir. Proqramı tələb olunan şərtlərlə uğurla tamamladıqdan sonra onlar uyğun bakalavr proqramına keçə bilərlər.
International Foundation nədir?
International Foundation bakalavr proqramına başlamazdan əvvəl əlavə hazırlığa ehtiyacı olan tələbələr üçün nəzərdə tutulmuş təhsil yoludur.
Oxford Brookes-da müxtəlif Foundation seçimləri mövcuddur. Bəzi proqramlar seçilmiş bakalavr dərəcəsinin tərkib hissəsidir, digərləri isə tələbələri bir sıra ixtisaslara keçid üçün hazırlayır.
Hansı istiqamətlər mövcuddur?
Oxford Brookes-da beynəlxalq tələbələr üçün Foundation seçimlərinə aşağıdakı istiqamətlər daxildir:
• Business and Technology: biznes, menecment, marketinq, kompüter elmləri və digər əlaqəli sahələr.
• Arts, Humanities and Law: hüquq, siyasət, psixologiya, humanitar elmlər və kommunikasiya kimi sahələr.
• International Foundation Diploma: bakalavriatdan əvvəl əlavə təhsil ilinə ehtiyacı olan tələbələr üçün hazırlıq proqramı.
Hər proqramın uyğun olduğu bakalavr ixtisasları və qəbul şərtləri fərqli ola bilər. Buna görə də seçim etməzdən əvvəl nəzərdə tutduğunuz ixtisasın tələblərini yoxlamaq vacibdir.
Foundation-dan birinci kursa keçid
Foundation proqramı bakalavr təhsilinə hazırlıq mərhələsidir. Year 1 isə bakalavr proqramının birinci ilidir.
Oxford Brookes-da keçid şərtləri seçilən Foundation proqramından və davam etmək istədiyiniz ixtisasdan asılıdır. Tələbələr uyğun proqramı uğurla tamamlamalı və tələb olunan nəticələri əldə etməlidirlər.
Təqaüd imkanları
Oxford Brookes-un 2027-ci ilin yanvar qəbulu üçün Central Asia Markets üzrə paylaşdığı təqaüd məlumatına aşağıdakılar daxildir:
• Foundation: hazırlıq ili üçün £4,000 təqaüd və proqramın birinci ilinə keçid zamanı təhsil haqqına 20% endirim.
• Bakalavriat: birinci il üçün £4,000, sonrakı illərdə isə hər il üçün £2,000 təqaüd.
• Magistratura: £4,000 təqaüd.
Təqaüd imkanları müəyyən bazarlar və qəbul dövrü üçün nəzərdə tutulub. Azərbaycanlı tələbələrin uyğunluğu və tətbiq olunan şərtlər müraciətdən əvvəl dəqiqləşdirilməlidir.
Beynəlxalq tələbələr üçün dəstək
Oxford Brookes-un International Student Advice Team komandası beynəlxalq tələbələrə Böyük Britaniyaya gəlişə hazırlıq, immiqrasiya məsələləri və universitet həyatına uyğunlaşma ilə bağlı məlumat və dəstək təqdim edir.
Tələbələr həmçinin universitetin qarşılama və sosial tədbirlərində iştirak edərək yeni insanlarla tanış olmaq imkanı əldə edə bilərlər.
StudyNet sizə necə kömək edə bilər?
StudyNet sizə Oxford Brookes University-də Foundation və bakalavr proqramlarını araşdırmaqda, uyğun təhsil yolunu seçməkdə və müraciət prosesi barədə məlumat almaqda dəstək ola bilər.
Proqramlar və təqaüd şərtləri haqqında ətraflı məlumat üçün StudyNet komandası ilə əlaqə saxlayın.
Tel: +994 55 918 93 93 ; +994 12 310 00 23
Mail: [email protected]